28.01.2017 19:45
1939
1939
“Çelsi” futbol klubunun oynadığı “Stemford Bric” stadionunun sahibi “Chelsea Pitch Owners” qeyri-kommersiya təşkilatı Roman Abramoviçə arenanı 999 il müddətinə icarəyə götürməyi təklif edib. Bu təklif mütəmadi olaraq Londonda yaşayan və “Çelsi” klubunun sahibi rusiyalı biznesmenə “Stemford Bric”in yenidən qurulması üzrə 4 illik proqramı işə salmağa imkan verəcək. Proqram stadionun azarkeş tutumunu indiki 41,8 mindən 60 minə yerədək artırmağı nəzərdə tutur. Lakin R. Abramoviç stadionu icarəyə götürməkdə maraqlı deyil. Bunun əvəzinə o, stadionu satın almaq istəyir. Əgər bu plan baş tutmasa, R. Abramoviç “Çelsi”nin öz stadionun olmasına çalışacaq.