cümə, 16 yanvar 2026

SARI KART

Günün karikaturası: Venger cəzası

29.01.2017 10:36 Oxundu 2019

- Dörd sutka yerin bura olacaq...

P.S. Xatırladaq ki, "Arsenal”ın baş məşqçisi Arsen Venger ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis İngiltərə Futbol Federasiyası tərəfindən 4 oyunluq cəzalandırılıb.

Buna səbəb təcrübəli çalışdırıcının yanvarın 22-də Premyer Liqanın 22-ci turunda “Arsenal” – “Bernli” (2:1) matçında elədiyi hərəkətlərdi. Belə ki, qarşılaşmanın son dəqiqələrində “topçular”ın qapısına təyin olunmuş penaltiyə çılğın şəkildə etiraz edən Venger matçın ehtiyat hakimini təhqir edib.Bu səbəbdən meydandan uzaqlaşdırılan fransız onu texniki zonadan çıxarmaq istəyən hakimi də itələyib.
Qeyd edək ki, Arsen Venger 4 oyun cəza ilə yanaşı 25 min funt-sterlinq cərimə də ödəyəcək.