cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ramos azarkeşlərdən kömək istədi

29.01.2017 11:16 Oxundu 2039

Bu gün İspaniya çempionatının XX turu çərçivəsində "Real" öz meydanında "Real Sosyedad"la qarşılaşacaq. Bu matçın gərgin keçəcəyini proqnozlaşdıran "Real"ın müdafiəçisi Ramos klubun azarkeşlərinə müraciət edib: "İstəyirik ki, azarkeşlər bizi dəstəkləməklə gücümüzü artırsınlar. Şübhə etmirəm ki, biz birlikdə İspaniya çempionu ola bilərik. Bəli, bu çox ağır oyun olacaq. Yəqin bilirsiniz, bu mövsümdə rəqib daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlinin ön sıralarında qərarlaşıb".

Məlumat üçün bildirək ki, hazırda "Real" Madrid 43 xalla liderdir. "Real Sosyedad" isə ("Sevilya", "Barselona", "Atletiko"dan sonra) 35 xalla beşinci pillədədir. Bu gün həm də "Barselona" "Betis"in, "Sevilya" "Espanyol"un qonağı olacaq. 7-ci yerdəki "Atletik" isə "Sportinq Xixon"u qəbul edəcək