cümə, 19 aprel 2024

FOTO XƏBƏR

Tofiq Bəhramov - 92

29.01.2017 11:49 Oxundu 7882

Bu gün tanınmış hakim, 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunun finalında İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərarla Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olunmuş Tofiq Bəhramovun doğum günüdür (29 yanvar 1925-ci il).

Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FİFA prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular iştirak ediblər.

“Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə”.

İngilis yazıçısı Artur Hopkraft "Futbol adamı" kitabından

1966-cı ildə Dünya çempionatı çərçivəsində keçirilən Almaniya- İngiltərə oyunu Tofiq Bəhramovun adını tarixə yazdırıb. Final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var.

Tofiq Bəhramovun 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdə olan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılıb.