1693
Argentina Futbol Assosasiyası millinin baş məşqçisi Xerardo Martino ilə yollarını ayırdığını elan edib.53 yaşlı mütəxəsis və köməkçilərinin istefa ərizəsi federasiya tərəfindən qəblu olunub. Martino 2014 DÇ-dan sonra Argentinanın çalışdırır. O, 2015 və 2016-cı illərdə komandanın Amerika Kubokunun finalına çıxarsa da, hər iki halda Çili millisinə penalti seriyalarında uduzmuşdu. Onun rəhbərliyi altında 29 oyun keçirən Argentina 19 qələbə qazanıb. Komanda əsas vaxtda yalnız bir oyunda, 2015-ci ilin sentyabrında Ekvadora məğlub olub.
Amerika Kubokunun finalından sonra Messi, Maskerano, Aquero milli karyerasını başa vurduğunu açıqlamışdı. Qonzalo Hiquain, Ezekiel Lavezzi və Lukas Biqlia da bu barədə götür-qoy edir.