2044
Bu gün Azərbaycan Premyer Liqasında XV tura əzəli rəqiblərin dueli – “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulub. Oyun 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. “Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.
On beş turdan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qəbələ” 32 xalla ikinci, “İnter” isə 28 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
III dövrə
XV tur
29 yanvar (bazar)
“Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Dino Ndlovu, 73 (pen.) - Cavid İmamverdiyev, 13
İlk 2 dövrədəki oyunlar: 3:0, 2:0
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Suraxanı qəsəbə stadionu
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 33. Boban Baykoviç, 10. Cavid İmamverdiyev, 8. Zdenek Folprext, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 15. Ruslan Abışov (k), 6. Pavel Dreksa, 29. Georgi Navalovski, 11. İqnasio Herrera Fernandes, 25. Kiril Petrov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 23. Tərzin Cahangirov, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
Bu gün "Qarabağ" Premyer Liqanın XV turunda "Neftçi" ilə qarşılaşıb. "Azərsun Arena"da baş tutan qarşılaşma olduqca sürətli başlayıb. Rəqib 13-cü dəqiqədə hesabı açıb. Komanda oyuna nəzarəti ələ alsa da, yaratdığı qol epizdolarından istifadə edə bilməyib. İkinci hissədə ilk olaraq komanda Dani Kintanayla qola yaxınlaşsa da, top qapı dirəyinə tuş gəlib. Matçın 73-cü dəqiqəsində isə Dino Ndlovu hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
"Qarabağ" - "Neftçi" 1:1
Qollar: Dino Ndlovu, 73 - Cavid İmamverdiyev,