29.01.2017 19:22
2177
2177
"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XV turunun "Qarabağ” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Fasilədən sonra ilk oyunlar ağır olur. Qarşılaşma gözlənildiyi kimi gərgin keçdi. Bununla belə, hər iki komanda mübariz futbol nümayiş etdirdi. Belə soyuq havada komandaya dəstək olan azarkeşlərə təşəkkür edirəm. Çempiona qarşı səfərdə oynayırdıq. Komandada yeni oyunçular var, üstəlik, hücum xəttində problemimiz var. İnşallah, gələn görüşdə yeni hücumçu ilə oynayacağıq”.