30.01.2017 08:14
2117
2117
Xəbər verdiyimiz kimi, İspaniya çempionatının XX turu çərçivəsində "Barselona" "Betis"in qonağı olub və oyun qollu bərabərliklə ("Betis" - "Barselona" - 1:1, Qollar: Algria, 75 - Suarez, 90) başa çatıb. Oyundan sonra "Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen ona ünvanlanan: "Niyə bəzi epizodlarda kataloniya təmsilçisi oyuna nəzarəti itirirdi?" sualına belə cavab verib: "Çünki rəqibimiz də qələbə qazanmaq istəyirdi. Biz pis oynamadıq, amma elə elementlər var ki, onları da təkmilləşdirməliyik. Təəssüf ki, bu oyunda qələbə topunu vura bilmədik. Biz öz səhvlərimizi təhlil və dərk etməklə onları aradan qaldırmalıyıq".