cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo azarkeşlərini cavabsız qoymadı...

30.01.2017 10:53 Oxundu 2062

Dünən İspaniya çempionatının XX turu çərçivəsində keçirilmiş “Real” – “Real Sosyedad” (3:0) matçında Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldo azarkeşlər tərəfindən fitə basılmaqla yanaşı, kobud sözlərə də qonaq edilib. Belə ki, oyun epizodlarının birində o, topu itirdiyinə görə fitə basılıb. Həmin oyunda bir qola imza atmış Portuqaliya yığmasının futbolçusu əsəblərini cilovlaya bilməyib və öz növbəsində azarkeşlərin ünvanına kobud ifadə işlədib. Qeyd edək ki, fanatlar son dörd oyundan üçündə məğlub olan və İspaniya Kubokundan kənarda qalan klubun çıxışından son dərəcə narazıdırlar.