cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Payet doğmalarına qovuşur

30.01.2017 11:23 Oxundu 2134

"Vest Hem"in fransalı yarımmüdafiəçisi Dmitri Payet keçmiş klubuna - "Marsel"ə (Məlumat üçün bildirək ki, o, 2013-15-ci illərdə bu komandanın şərəfini qoruyub). Məlumata görə, sabah onun rəsmi təqdimatı olacaq. Son vaxtlar London klubunda oynamaqdan imtina edən və əvəzedici komanda ilə məşqlərə çıxan 30 yaşlı oyunçu "Marsel"ə 30 milyon avroya başa gəlib. Maraqlıdır ki, Payet 1,5 il əvvəl "Vest Hem"ə 15 milyon avroya verilmişdi.

Qeyd edək ki, Dmitri Payet bu mövsüm 22 oyunda iştirak edib, 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.