2220
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom təqdim olunub. AFFA-nın yaydığı xəbərə görə, baş katib Elxan Məmmədov çıxış edərək məşqçiləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kursda iştirak edənlər arasında “Qarabağ” və millinin kapitanı və 19 yaşlılardan ibarət komandamızın baş məşqçisi Rəşad Sadıqov, Ağdam klubunun baş məşqçisinin köməkçisi Elçin Rəhmanov, ötənlərin məşhur futbolçuları Samir Ələkbərov, Cahangir Həsənzadə olub. "Sumqayıt" Futbol Klubunun Baş meneceri Ceyhun Sultanov və əvəzedici komandanın məşqçisi Mübariz Orucov, vaxtilə futbolçu indi isə məşqçi kimi “Kəpəz”in uğurları üçün çalışan Vidadi Rzayev və Vasif Vəliyev d A kateqoriyasına layiq görülüb.


