cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Bursaspor" Mutlu Topçuya tapşırıldı

30.01.2017 15:13 Oxundu 1880

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi məlum olub. Millimizin baş məşqçisi Robert Prosineçki ilə anlaşa bilməyən superliqa təmsilçisi komandanı Mutlu Topçuya tapşırıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 46 yaşlı mütəxəssis buna qədər Kayserispor" və "Qaziantepsor" kimi klubları çalışdırıb. Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.