cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Qəbələ"nin yetirməsi "Sumqayıt"da

30.01.2017 16:32 Oxundu 2031

"Sumqayıt" Futbol Klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Komandamız Azərbaycanın U-21 millisinin əsas üzvü olan Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olmuş 1996-cı il təvəllüdlü futbolçu "Sumqayıt" FK-da 77 nömrəli formanı geyinəcək.