cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi”nin U-17-si qalib gəlib

30.01.2017 16:39 Oxundu 1813

"Neftçi” PFK-nın U-17 komandası növbəti oyununu keçirib. 17 yaşlılar U-17 Liqasının XV turunda "Xəzər Lənkəran” klubu ilə qarşılaşıblar. Lənkəran şəhər stadionunda baş tutmuş görüşdə "Neftçi” 4:1 hesabı ilə qələbə qazanıb. Komandanın qollarını Seymur Əliyev, Şıxmirzə Mikayılov, Fariz Qasımov və Məhəmməd Məmmədov vurublar.