cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Berluskoni "Milan"ın işinə müdaxilə edirdi

30.01.2017 17:22 Oxundu 2007

"Milan"ın sabiq baş məşqçisi Filippo İnzaqi klubun sahibi Silvio Berluskonini tənqid edib. 2007-ci ilin dünya çempionu onu məşqçilər korpusunun işinə qarışmaqda günahlandırıb: "Berluskoni? Hər kəs komandada sahibkarın görmək istədiyi kimi olmalıdır. Fikrimcə, klubun sahibi məşqçilər korpusunun işinə müdaxilə etməməlidir".

Qeyd edək ki, 2014-ci ildən 2015-ci ilədək "Milan"a rəhbərlik etmiş İnzaqi hazırda D seriyasında çıxış edən "Venesiya"nın baş məşqçisidir.