cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Zirə” “Nansi”nin yetirməsi ilə müqavilə imzalayıb

30.01.2017 19:59 Oxundu 1826

“Zirə” qış transfer pəncərəsində daha bir futbolçu ilə müqavilə imzalayıb. Hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqare heyətə cəlb olunub. Forvardla ilyarımlıq müqavilə imzalanıb. “Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib.