1944
Münhen "Bavariyasının" baş məşqçisi Karlo Ançelotti bildirib ki, peşəkar idman üçün öz sağlamlığına ziyan vurub: "Mən 20 il peşəkar idmanla məşğul olmuşam, amma indi qaça bilmərəm. Mənim dizim sıradan çıxıb, bu sözləri belim haqqında da demək olar. Məşqlər vacibdir, lakin onları hissələrə bölmək bilmək önəmlidir. Sən alın təri ilə işləyə bilərsən, ancaq bədəninə də istirahət verməlisən ki, o özünü bərpa etsin. Mən məşqlərdə oyunçuları öldürən məşqçilərdən deyiləm. İspaniyada belə bir deyim var: "Çox böyük miqdarda su otu da öldürər". Bu deyim məşqə də aiddir. Və əgər bu gün mənə desələr ki, idman sağlamlıq üçün faydalıdır, mən bu fikirlər razılaşmaram".
Ançelotti "Parma", "Roma" və "Milan" kimi klublarda çalışıb.