cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Günün ittihamı

31.01.2017 10:32 Oxundu 1773

"Hazırda İngiltərə Premyer Liqasında ilk 6 pillədə qərarlaşan komandaları əcnəbilər çalışdırır. İndi, demək olar ki, yaxşı ingilis məşqçi yoxdur. Mən İspaniyada olanda Britaniyanın 6 nümayəndəsi orda çalışırdı: Atkinson, Addison, Veneybls, Kendall və s. Hazırda isə İspaniyada 1 nəfər də olsun, britaniyalı məşqçi görmürəm. İlk “onluq”da britaniyalı çalışdırıcı varmı? Yoxdu. Britaniyadan İspaniyaya gedən sonuncu məşqçi Devid Moyes olub. Özü də mənim vaxtilə çalışdırdığım “Real Sosyedad” klubuna keçmişdi. Lakin orda yaxşı iz buraxa bilmədi. İngilis məşqçilərin İspaniyaya çağırılmamağı qorxunc haldı". “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak