31.01.2017 11:25
2021
2021
Bu il "Nou Kamp" stadionunda yenidənqurma işləri aparılacaq. Məlumata görə yenidənqurma işləri 2021-ci ildən gec olmayaraq başa çatdırılacaq. Tamamlanacaq işlərdən sonra arenanın azarkeş tutumu 105 min olacaq. 1957-ci ildə Fransesk Mitjans tərəfindən qurulan "Nou Kamp" stadionunun dizaynında ciddi dəyişiklik olmayacaq.
Qeyd edək ki, "Nou Kamp" stadionu hazırda 99 min 354 azarkeş tutumuna malikdir. Bu stadion böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA - nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülüb.