1799
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub.
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 20-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Oyunun 67-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur (maddə 19) .
Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq “Qarabağ” FK klubunun təqdim edəcəyi məbləğ “Neftçi” klubu tərəfindən ödənilsin.
Əvəzedici heyətlərin XV turunun “İnter” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XV turunun “Qarabağ” – “Neftçi” matçının 13-cü dəqiqəsində “Qarabağ” klubunun 33 №-li futbolçusu Eltun Turabov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).