cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Ozancan Kökcü İngiltərənin maraq dairəsinə düşüb

31.01.2017 11:50 Oxundu 2068

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökcü İngiltərə klublarının maraq dairəsinə düşüb. Bu haqda "The Sun" qəzeti məlumat yayıb. Bildirilib ki, Premyer Liqa təmsilçiləri "Tottenhem" və "Everton" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. O.Kökcünün yetirməsi olduğu "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi O.Kökçü “Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edib. 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət edib. Türkəsilli futbolçu bu təklifi qəbul edib və bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılıb. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.