cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Adebayor "Başakşəhər"i seçdi

31.01.2017 12:08 Oxundu 1992

Hücumçu Emmanuel Adebayor nəhayət öz gələcək klubunu müəyyənləşdirib. Toqolu oyunçu İngiltərədəki klublardan biri ilə anlaşmağa çalışsa da, son anda Türkiyəni seçib. Artıq 32 yaşlı futbolçu İstanbulun "Başakşəhər"i ilə müqavilə imzalayıb. O bu klubda il yarım fəaliyyət göstərəcək.

Qeyd edək ki, Adebayorun sonuncu komandası "Kristal Pelas" olub. O bu komandanı ötən ilin iyulunda tərk edib.

O, "Monako", "Arsenal", "Mançester Siti", "Real", "Tottenhem" klublarında da çıxış edib.