cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Karlos Simeonenin atası: "Oğlum 50-55 yaşında Argentina yığmasına başçılıq edəcək"

31.01.2017 15:48 Oxundu 1766

Madridin "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeonenin atası Karlos Simeone bildirib ki, onun oğlu ispan klubunda əbədi çalışmayacaq. Onun sözlərinə görə, 47 yaşlı argentinalı məşqçinin karyerasında dəyişikliklər qaçılmazdır: "Bu gün Dieqoya meydan üçün gündəlik iş rejimi lazımdır. Ancaq düşünürəm ki, o, 50-55 yaşında Argentina yığmasına başçılıq edəcək. O, milli komandanı sevir. Əlbəttə, o, "Atletiko"da özünü çox yaxşı hiss edir. Amma hansısa məqamda dəyişikliklər gözlənilir. Bilmirəm, o, harada işləyəcək. Ola bilsin ki, İngiltərədə, yaxud İtaliyada".