31.01.2017 16:32
1716
1716
"Çelsi"nin serbiyalı müdafiəçisi Branislav İvanoviçin "Zenit"ə keçir. Artıq anlaşmanın şərtləri də açıqlanıb. Anlaşmaya görə, 32 yaşlı müdafiəçi ildə 2,2 milyon avro qazanc əldə edəcək. Komand nailiyyətlər qazandıqda isə ona bonus da veriləcək. Xəbərə görə, serbiyalı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Bu müddətin bir il də uzadılacağı nəzərdə tutulub.
Qeyd edək ki, İvanoviç 2008-ci ildən "Çelsi"də çıxış edir. Hazırda davam edən çempionatda 13 matçda meydana çıxıb.