cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Ozancan Kökcü millimizdən imtina edib

01.02.2017 09:35 Oxundu 1815

Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan millisindən imtina edib. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə bildirilir ki, 18 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının formasını geyinməkdə maraqlıdı. Bu ölkənin U-17 komandasında çıxış etmiş Ozancan Azərbaycanın gənclərdən ibarət millisinin Antalyadakı son toplanışında iştirak etmişdi. Qeyd edək ki, Ozancanın 16 yaşlı qardaşı Orkun Kökcü isə hazırda Hollandiyanın U-17 millisinin üzvüdü.