01.02.2017 11:10
2339
2339
Zirə”də tranfer çalışmaları davam edir. Komanda daha bir futbolçu ilə müqavilə imzalayıb. Qanalı hücumçu Riçard Qadze “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı hücumçu ilə ilyarımlıq müqavilə imzalanıb. 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.