cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan – Almaniya: biletlər satışda

01.02.2017 11:33 Oxundu 1996

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VİP – 50 AZN

1-ci kateqoriya – 19 AZN

2-ci kateqoriya – 14 AZN

3-cü kateqoriya – 9 AZN

4-cü kateqoriya – 5 AZN

5-ci kateqoriya – 2 AZN

Qeyd edək ki, martın 26-da keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da start götürəcək.