01.02.2017 11:46
2059
2059
Milli komandamızın martın 9-da Qətər yığması ilə keçirəcək matçın yoldaşlıq oyununun başlama saatı və stadionu müəyyənləşib. Məlumata görə, oyun Doha şəhərindəki 15 min azarkeş tutumuna malik Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq və matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq.
Qətər millisinin uruqvaylı baş məşqçisi Xorxe Fossati millimizin imkanlarını yüksək dəyərləndirib: "Bizi çətin oyun gözləyir. İran və Özbəkistana qarşı rəsmi oyunlardan öncə Azərbaycan millisi ilə qarşılaşmaq bizim üçün önəmlidir".