cümə, 16 yanvar 2026

DİGƏR NÖVLƏR

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb

01.02.2017 11:50 Oxundu 2020

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu olub. Yığmamızın aparıcı cüdoçularının hamısı mövqelərini qoruyublar. Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (100 kq-dan yuxarı) 17-ci pillədə yer alıblar.

Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə geriləyib.