01.02.2017 13:38
2043
2043
Qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.
Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.