01.02.2017 15:53
1847
1847
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar futbol üzrə I divizionun XIV turunun bütün oyunları təxinə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb. Qərara alınıb ki, turun bütün görüşləri fevralın 27-də keçirilsin. Qeyd edək ki, XIV turda “Şərurspor” – “Şəmkir”, “Ağsu” – “Bakılı”, “Energetik” – MOİK, “Turan Tovuz” – “Rəvan”, “Səbail” – “Mil-Muğan”, “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” qarşılaşmaları oynanılacaq.