01.02.2017 16:06
1882
1882
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç yığmasının yeni baş məşqçisi müəyyənləşib. Skandinaviyalıların "sükanı arxası"na Lars Laqerbek gətirilib. O, Per-Matias Hoqmonun gedişindən sonra boş qalmış postu tutub. İsveçli mütəxəssislə 2019-cu ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. 68 yaşlı çalışdırıcı "Ullevaal" stadionunda ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, uzun müddət İsveç yığmasını çalışdırmış Laqerbekin son iş yeri 2011-2016-cı illərdə İslandiya yığması olub.
DÇ-2018-in seçmə mərhələsində 4 turdan sonra 3 xal toplayan Norveç millisi qrupda 5-ci yerdə qərarlaşıb. Onun komandası Avro-2016-da sürprizə imza ataraq 1/4 finala qədər irəliləyib.