cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

İki matçın məkanı dəyişdirilib

01.02.2017 20:25 Oxundu 1704

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının XVI turu ilə bağlı aşağıdakı dəyişiklikləri həyata keçirib. Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Topaz Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.

Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq.