1831
UEFA bu ay Almaniyada keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının bütün hakimlərini açıqlayıb. Qitə futbol qurumu 19 referiyə təyinat verib. Əvvəlcədən bəlli olduğu kimi, azərbaycanlı FİFA hakimi Əliyar Ağayev də təyinat alanlar arasındadı. İyulun 11-dən 24-dək Almaniyada baş tutacaq final mərhələsinə cəmi 6 nəfər baş hakim qismində yollanacaq. Həmyerlimizlə yanaşı, İspaniya, Rumıniya, İsrail, Belçika və Ukrayna nümayəndəsi də oyunlar zamanı ədalət təmsilçisi olacaq.
Baş hakimlər: Əliyar Ağayev (Azərbaycan), Alexandro Xose Ernandes (İspaniya), Radu Marian Petresku (Rumıniya), Roi Reynşreyber (İsrail), Bart Vertenten (Belçika), Anatoli Zabçenko (Ukrayna)
Köməkçi hakimlər: Ridiger Çokay (Albaniya), İqor Demeşko (Rusiya), Milutin Cukiç (Monteneqro), Vladimir Gerasimov (Litva), Geir Oskar İsaksen (Norveç), Duqlas Ross (Şotlandiya), Birkir Siqurdarsson (İslandiya), Manuel Vidali (Sloveniya)
4-cü hakimlər: Nikola Dabanoviç (Monteneqro), Alan Mario Sent (Malta)
Ehtiyat hakim: Boyan Pandziç (İsveç)
Əlavə köməkçi hakimlər: Sami Nikanen (Finlandiya), Samat Terqeussizov (Qazaxıstan).
Qeyd edək ki, Avropa çempionatında 8 komanda 2 qrupda mübarizə aparacaq.