cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Sabah XVI tur başlayır

02.02.2017 11:01 Oxundu 1919

Sabah Premyer Liqada XVI tura start veriləcək. Əlverişsiz hava şəraiti üzündən iki oyununun (Bu barədə məlumat vermişdik) yeri dəyişdirilən tur yüksək məhsuldarlıq vəd edir. Çempionatın lideri “Qarabağ” son pillədə qərarlaşan AZAL-ın qonağı olacaq. Qış fasiləsində heyətini yeniləyib, xeyli güclənən “Neftçi” “Qarabağ”la heç-heçənin ardından liderlər qrupunun daha bir üzvü - "Qəbələ" ilə qarşılaşacaq. Bu dəfə klubun yetirməsi Araz Abdullayev də ilk dəfə doğma komandasına qarşı oynamaq imkanı qazana bilər.

İkinci oyun günü “Zirə” və “Kəpəz” arasında matçla start götürəcək. Evdə oynamalı olan Gəncə təmsilçisi qar üzündən yenidən Bakıda oynayacaq. Ötən tur darmadağına üzülən qərblilər ardıcıl 2 məğlubiyyətdən sonra xal əldə etməyə iddialıdır.

Liderlərin iki ən yaxın izləyicisi “İnter” "Sumqayıt"la qarşılaşacaq.

Prenyer Liqa

XVI tur

3 fevral (cümə)

15:00. AZAL – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: 0:6, 0:1

“AZAL Arena”

17:00. “Qəbələ” – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 8:0, 4:1

Qəbələ şəhər stadionu


4 fevral (şənbə)

14:00. “Zirə" – “Kəpəz”
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2

Zirə İdman Kompleksinin stadionu

16:30. “Sumqayıt” – “İnter”
İlk 2 dövrədəki oyunlar: 1:2, 1:3

Sumqayıt. Şəhər stadionu

1.

Qarabağ

15

10

3

2

27-7

33

2.

Qəbələ

15

9

5

1

31-8

32

3.

İnter

15

7

7

1

25-13

28

4.

Sumqayıt

15

4

6

5

14-19

18

5.

Zirə

15

5

3

7

13-16

18

6.

Kəpəz

15

3

6

6

11-17

15

7.

Neftçi

15

3

1

11

10-31

10

8.

AZAL

15

1

5

9

7-27

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”)