cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Komanda tapmasam... dayə olacağam..."

02.02.2017 11:34 Oxundu 1996

"Sampdoriya" komandasının və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano əgər özünə yeni komanda tapmasa, dayə və həyat yoldaşının agenti kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, o, yanvarın sonundan azad agentdir: "Yaxşı formadayam. Axı mən "Sampdoriya"nın gənclərdən ibarət komandası ilə işləmişəm. Təklif olsa, işləyərƏm, amma hələlik yoxdur. Evdən nadir hallarda çıxıram, vaxtımın çoxunu ailəm ilə keçirirəm. Öz növbəti komandama ruh yüksəkliyi əlavə etmək istəyirəm. Əks halda, mən həyat yoldaşımın dayəsi və agenti olacağam".

Məlumat üçün bildirək ki, onun həyat yoldaşı Karolina Marçialis su polosu üzrə peşəkar idmançıdır.