2310
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-ci turunda "Vest Hem"lə oyunda (“Vest Hem” – “Mançester Siti” - 0:4) qol vurmuş Qabriel Xesusla ("Palmeyras"ın hücumçusu Qabriel Xesus bu qış mövsümündə "Mançester Siti"yə keçib) bağlı fikirlərini açıqlayıb: "Əvvəlcədən tanımaq mümkün deyil... Oyunçu qarpız kimidir, kəsmədən bilmək olmur, o, yaxşıdır, yoxsa pis? Xesusun yaxşı perspektivləri var. O, "Tottenhem" oyunda bir neçə dəqiqə oynadı və əla epizodlar təşkil etdi. "Kristal Pelas"la matçda əla ötürmə verdi. "Vest Hem"lə oyunda Kevin De Brünə assistlik etdi. Bu da yaxşıdır. Onun arzusu var. O, dünya futbolunda daha məşhur olmaq istəyir. Biz də ona kömək etməyə çalışacağıq".