cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” ispaniyalı hücumçu ilə müqavilə bağlayıb

02.02.2017 12:15 Oxundu 1798

"Neftçi” PFK qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano”, "Fuenlabrada”, "Alxesiras”, "Real Saraqosa” B, "Atletiko Pinto”, "Konkense”, "Atletiko Baleares”, Fransanın "Olimpik Marsel” B, Avstriyanın "Admira Vakker” və "Volfsberger” klublarında çıxış edib. Daniel Seqoviya "Neftçi”də 12 nömrəli formanı geyinəcək.