02.02.2017 15:47
1899
1899
Daha bir futbol ulduz - İngiltərə futbolunun əfsanəsi Frenk Lempard karyerasını bitirmək qərarına gəlib. 39 yaşlı yarımmüdafiəçi bu barədə instaqram səhifəsində yazıb: “21 illik möhtəşəm ildən sonra getmək vaxtının gəldiyini düşünürəm. İngiltərə və başqa ölkələrdən yeni təkliflər almağıma baxmayaraq, həyatda yeni mərhələyə qədəm qoymağın zamanı olduğu qənaətinə gəldim”.
Qeyd edək ki, Frenk Lempardın son klubu ABŞ təmsilçisi “Nyu York Siti” olub.