1999
Məlum olduğu ki, əlverişsiz hava şəraiti ilə bağlı Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” oyununun yeri Bakıya dəyişdirilib. Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq qarşılaşma Zirə İdman Kompleksində baş tutacaq. Bu matç üçün həftənin əvvəlindən satışa çıxarılmış müəyyən sayda bilet isə artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” PFK-nın rəhbərliyi narahatlığa əsas görmür və bilet alanların diqqətinə çatdırır ki, həmin biletlər çempionatın növbəti ev oyunu üçün keçərli olacaq. Belə ki, azarkeşlər Premyer Liqanın XVIII turu çərçivəsində fevralın 12-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununda stadiona həmin biletlərlə daxil ola bilərlər. Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş edirik.
Onu da qeyd edək ki, Premyer Liqanın IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.