02.02.2017 16:47
1988
1988
"Rostov"un vitse-prezidenti Qurban Berdıyev cari mövsüm başa çatandan sonra məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədir. Mütəxəssis "Lokomotiv"ə başçılıq etməyə hazırlaşır. Məlumata görə, Moskva klubu bu məsələ ilə bağlı artıq Berdıyevin razılığını da alıb. Qeyd edək ki, Yuri Syominin rəhbərlik etdiyi "dəmiryolçular" Rusiya çempionatında keçirdikləri 17 turdan sonra 23 xalla 10-ci yeri tutur.
Qurban Berdıyevin rəhbərliyi altında "Rostov" ötən mövsüm Rusiya Premyer Liqasında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Onun mövsüm yekunlaşdıqdan sonra başqa klubdan birini çalışdıracağı bildirilirdi. Lakin sonda Berdıyev yenidən "Rostov"a qayıdıb və vəzifə səlahiyyətləri artırılıb.