02.02.2017 17:56
1657
1657
"Juventus" 33 yaşlı müdafiəçi Ştefan Lixtştaynerlə yeni müqavilə imzalayıb. 2011-ci ildən "qoca senyora"nın heyətində olan isveçrəli futbolçu 2018-ci ilin yayına kimi Turin klubunun şərəfini qoruyacaq.
"Sao Paulo"nun mərkəz müdafiəçisi Lyanko Voynoviç da "Yuventus"la anlaşıb. 20 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək. Razılığa görə, Braziliyanın gənclər millisinin Serbiya əsilli oyunçusu mövsümün sonunda "Yuventus"a keçəcək.
Məlumata görə, Lyankonun babası Yovan Voynoviç II Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyadan Braziliyaya köçüb və gənc müdafiəçi də Cənubi Amerika ölkəsində anadan olub.
.jpg)