cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldinyo “Barselona”ya qayıdıb

03.02.2017 07:25 Oxundu 1767

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub. Bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.

Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.O, meydana çıxdığı 198 oyunda 91 qol vurub.