cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Hakan Çalhanoğlu cəzaya görə atasını ittiham etdi

03.02.2017 08:04 Oxundu 1678

Leverkuzenin "Bayer" klubunun yarımmüdafiəçi Hakan Çalhanoğlu İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın ona verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasından danışıb. O bu məsələdə atasını ittiham edib: "Mən "Karlsrue"də çıxış edəndə 17 yaşım var idi. Bir gün eşitdim ki, atam Darmştadt restoranlarından birində "Trabzonspor"un nümayəndələri ilə görüşüb. Sonra o, evə gəlib mənə Türkiyə klubu ilə müqavilə imzalamağımı dedi. Atam kobud səhv edib və buna görə çox peşmandır. Təbii ki, o mənim atamdır. Ancaq o, bir də heç vaxt mənim karyerama müdaxilə etməyəcək".

Qeyd edək ki, türk futbolçu Hakan Çalhanoğlu ağır cəzaya məruz qalıb. İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın "Bayer"in yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasını təsdiq edib. Leverkuzen təmsilçisinin rəsmi internet saytından verilən açıqlamada artıq CAS-ın bu cəzanı təsdiq etdiyi, oyunçunun mövsümün sonuna kimi bütün rəsmi qarşılaşmalardan kənarlaşdırıldığı qeyd edilib.

Qeyd edək ki, transfer zamanı yol verilən bəzi qanunauyğunsuzluqlar səbəbindən "Trabzonspor" oyunçunun cəzalandırılması üçün FİFA-ya müraciət etmişdi. Hakan həmçinin Qaradəniz təmsilçisinə 100 min avro təzminat ödəyəcək.