cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Rober Pires: "...Premyer Liqanın böyük finalı olacaq"

03.02.2017 11:30 Oxundu 1913

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Rober Pires fevralın 4-də İngiltərə çempionatının 24-ci turunda keçiriləcək "Çelsi" və "Arsenal" arasındakı matçdan danışıb: "Bu, "Uotforda" məğlubiyyətdən sonra "Arsenal" üçün çətin bir oyun olacaq. Amma şənbə günü vəziyyəti düzəltmək olar. Mənim üçün bu, Premyer Liqanın böyük finalı olacaq. Əgər "Çelsi" "Arsenal"a qalib gəlsə, mən hesab edirəm ki, çempion artıq məlum olacaq. "Çelsi" yaxşı oynayır, o, çox gözəl komandadır. Onlarda italiyan fəlsəfəsi var, futbolçular vahid məqsədə xidmət edirlər. Ola bilsin ki, onlar güclüdürlər, amma biz öz şansımıza inanmalıyıq. Düşünürəm ki, bu, son şansdır".