1837
"Forbes" jurnalı dünyanın 100 ən yüksək ödənişli idmançısının siyahısını dərc edib. reytinqdə idmançıların 2016-cı ildə əldə etdikləri əmək haqqı, bonus və reklam gəlirləri nəzərə alınıb. Siyahıda ilk yeri "Real"ın Ronaldosu tutur. Onun gəliri 88 milyon dollar təşkil edir. Bu vəsaitin 32 milyonu reklam gəlirlərindən olub. İkinci yerdə olan "Barselona"nın Messisinin isə gəliri 81,4 milyon dollardır. Məlumata görə, bu vəsaitin 28 milyonunu reklam hesabına qazanıb. ABŞ-ın "Klivlend" basketbol komandasənın lideri Lebron Ceyms isə üçüncüdür. Onun gəliri 77,2 milyon dollar (23,2 + 54) təşkil edib. "Barselona"nın digər üzvü Neymar 37,5 milyon dollarla siyahıda 21-cidir. Zlatan İbrahimovic ("Mançester Yunayted") 37,4 (23-ci yer), Beyl ("Real") 35,9 (25), Aquero ("Mançester Siti") 24,3 (60), Şvaynştayqer ("Mançester Yunayted")22,4 (80), Eden Azar ("Çelsi") 22 (85) milyon dollar qazanıblar. Xames ("Real") və Anhel di Mariya (PSJ) 22,1 milyon dollarla 83-84-cü yerlərdə qərarlaşıblar.
Bu siyahıda yalnız bir rusiyalı idmançı Mariya Şarapova var ki, o da 21,9 milyon dollarla siyahıda 88-cidir.