cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Bernhard Lippert Pro kursunun iştirakçıları ilə görüşüb

03.02.2017 15:48 Oxundu 2238

Bu gün AFFA-nın inzibati binasında Texniki direktor Bernhard Lippert Bakıda təşkil olunacaq UEFA-nın Pro kateqoriyalı məşqçi kursunda iştirak edəcək məşqçilərlə görüş keçirib. Görüşdə kursla bağlı ətraflı məlumat verilib.

Xatırladaq ki, bu il aprelin 24-dən etibarən başlayacaq UEFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursu 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq.