cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Rəqib yaxşı müdafiə olunurdu"

03.02.2017 16:15 Oxundu 1993

Bu gün Premyer Liqanın XVI turunda "Qarabağ" səfərdə AZAL-ı 2:1 hesabıyla məğlub edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Çox vacib qələbə qazandıq. Həqiqətən ağır oyun oldu. Oyuna pis başladıq. Rəqib yaxşı müdafiə olunurdu. İlk hissədə bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Təəssüf ki, əsas oyunçumuz Kintananı itirdik. Oyunçuları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda rəqibə uğurlar arzulayıram".