1876
"Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə düzgün oynadıq. Amma futbolun yazılmayan qanunları var". Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XVI turunda AZAL -"Qarabağ" (1:2) matçından sonra deyib. O, hakimlə, daha doğrusu, oyunçusunun qırmızı vərəqə alması ilə bağlı suala isə belə cavab verib: "Bu barədə heç nə demək istəmirəm. Futbolda belə hallar olur, bunu təbii qarşılamaq lazımdır. Biz istəsək də, istəməsək də, hakim səhvləri var. Öz futbolçumla da söhbət elədim. İlk sarını nəyə görə verdiyini bilmədim. Tounkaranın ayağında iki deşik var idi. İkinci sarını veribsə, deməli, var idi. Danışmağın nə xeyri var?"
O daha sonra deyib: "Qarşıda bizi ağır 12 oyun gözləyir. Yeni gələnlərdən Madonun 6 kq-a qədər artıq çəkisi var. Amma, "Qəbələ" ilə görüşdə iştirak edəcək. Omeqa çox xoşuma gəldi".