03.02.2017 19:49
3448
3448
Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində iki oyun keçirilib. Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb. Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.
“Lokomotiv” isə komandası “Azəryol”u qəbul edib. Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.